• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Stoltenberq Nərgiz Məhəmmədini təbrik etdi

DÜNYA

06 Oktyabr 2023 | 13:38

Stoltenberq Nərgiz Məhəmmədini təbrik etdi

NATO-nun Baş katibi Yens Stoltenberq Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədini təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.

“Nərgiz Məhəmmədini 2023-cü il üzrə Nobel Sülh Mükafatını qazanması münasibətilə təbrik edirəm. Siz qadınların zülmünə qarşı mübarizənizdə cəsarət göstərmisiniz. İnsan hüquqları və hamı üçün azadlıq sülhün əsasını təşkil edir”, - Stoltenberq qeyd edib.

Qeyd edək ki, Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.

Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib. 2022-ci ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılardan olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026