• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiyanın ən müasir gəmilərindən biri batırıldı

DÜNYA

05 Noyabr 2023 | 11:31 | Müəllif: Subhan Mahmudov

Rusiyanın ən müasir gəmilərindən biri batırıldı

Ukrayna ordusu Rusiyanın Qara dəniz donanmasının “Kalibr” qanadlı raketlərinin daşıyıcısı olan ən müasir gəmilərindən birini batırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşuk məlumat yayıb.

Onun sözlərinə görə, ukraynalı hərbçilər Kerçdəki “Zaliv” gəmiqayırma zavoduna zərbələr endirib. Zərbə nəticəsində gəmi batırılıb.

Qeyd edək ki, Krım rəhbəri Sergey Aksyonov noyabrın 4-də Ukrayna Silahlı Qüvvələrinin Kerç şəhərində gəmiqayırma zavodunu 15 qanadlı raketlə vurması barədə məlumat vermişdi. Aksyonov zərbələr nəticəsində zavodda yerləşən gəminin zədləndiyini bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026