Tailandda insan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadla çəlumatına görə, hadisə ölkənin cənubunda qeydə alınıb. Belə ki, Banqkokdan təxminən 300 kilometr cənubda, Praçuap Khiri Xan əyalətində avtobus sürücüsü idarəetməni itirərək avtobusu ağaca çırpıb.
Qəza nəticəsində azı 14 nəfər ölüb, 35 nəfər yaralanıb.
















