• Bakı C

    4.66 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Abdullahian Naxçıvana təyin edilən baş konsulla görüşdü

DÜNYA

04 Yanvar 2024 | 00:07

Abdullahian Naxçıvana təyin edilən baş konsulla görüşdü

Bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına təyin edilmiş yeni baş konsulu Əziz Mənsurini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı İran Xarici İşlər Nazirliyi yayıb.

Görüşdə Abdullahian İran ilə Azərbaycan arasında qonşuluq siyasəti çərçivəsində əlaqələrə toxunaraq iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Nazir bu xüsusda diplomatik nümayəndəliklərin əhəmiyyətini xatırladıb.

Ə.Mənsuri yeni vəzifəsi ilə bağlı iş planını nazirə təqdim edib.

Qeyd edək ki, Əziz Mənsuri bundan əvvəl İran XİN-də çoxtərəfli maliyyə-kommersiya, enerji və nəqliyyat əməkdaşlığı departamentinin rəhbəri vəzifəsində çalışıb.


SON XƏBƏRLƏR

13 Dekabr 2025