• Bakı 21° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Almaniyanın bütün şəhərlərində sürücülər tətil edir

DÜNYA

02 Fevral 2024 | 23:10 | Müəllif: Subhan Mahmudov

Almaniyanın bütün şəhərlərində sürücülər tətil edir

Almaniyada demək olar ki, bütün ölkə üzrə şəhər ictimai nəqliyyatın işçiləri tətillər keçirir.

Bakıvaxtı.az yerli mediaya istinadən xəbər verir ki, tətillərdə avtobus, tramvay sürücüləri və metro qatarlarının maşinistləri iştirak edir.

Tətil Bavariya istisna olmaqla, bütün federal torpaqlarda keçirilir.

"Ver.di" həmkarlar ittifaqının məlumatına görə, etiraz aksiyası keçirməyən yeganə böyük şəhər Axen və Mannheim-Heidelberq-Ludvigshafen bölgəsidir.

Etiraz aksiyalarının sabah başa çatacağı bildirilir.

Həmkarlar ittifaqı Almaniyada inflyasiyanın artması və iş şəraitinin yaxşılaşması fonunda 90 min üzvünün maaşının artırılmasını tələb edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026