• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Ərdoğan İsveçin Baş naziri ilə müzakirə apardı

DÜNYA

02 Fevral 2024 | 23:57 | Müəllif: Subhan Mahmudov

Ərdoğan İsveçin Baş naziri ilə müzakirə apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsveçin Baş naziri Ulf Kristersson arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, danışıq zamanı İsveçin NATO-ya üzvlük prosesi, terrorla mübarizə, Türkiyə-İsveç münasibətləri, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan NATO-ya üzv olduqdan sonra İsveçin müttəfiqlik ruhuna uyğun olaraq üçtərəfli memorandumdan irəli gələn öhdəliklərini yerinə yetirəcəyinə inandığını bildirib.

Ərdoğan iki ölkənin Təhlükəsizlik sahəsi üzrə Əməkdaşlıq Mexanizmini işə salmasının zəruriliyini və İsveçin terrorla mübarizədə Türkiyəyə lazımi dəstək verməsinin vacibliyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR