• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Daha bir ölkə dörd günlük iş tətbiqinə başlayıb

DÜNYA

02 Fevral 2024 | 23:36 | Müəllif: Subhan Mahmudov

Daha bir ölkə dörd günlük iş tətbiqinə başlayıb

Dominikan Respublikası dörd günlük iş rejiminə keçməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, artıq Dominikan Respublikasının Əmək Nazirliyi vətəndaşların iş vaxtını həftədə 44 saatdan 36 saata endirməyi hədəfləyən pilot layihəni işə salıb.

Proqram altı ay müddətində sınaqdan keçiriləcək.

Bu müddət ərzində pilot layihəyə könüllü olaraq qoşulan şirkətlər iş vaxtının azaldılmasının əmək məhsuldarlığına təsirini qiymətləndirəcəklər.
Qeyd edək ki, son illərdə dünyanın bir sıra ölkələrində dörd günlük iş həftəsinə keçidlə bağlı qərarlar verilib. Bu sırada Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Belçika, İngiltərə, Uels kimi ölkələrin adını qeyd edə bilərik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026