• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Saakaşvili parlament seçkilərində müxalifətə liderlik edəcək

DÜNYA

02 Fevral 2024 | 20:21 | Müəllif: Subhan Mahmudov

Saakaşvili parlament seçkilərində müxalifətə liderlik edəcək

Ana müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın (VMH) “Qələbə Koalisiyası”nın əsas lideri həbsdə olan sabiq Prezident Mixeil Saakaşvili olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu partiyanın sədri Levan Xabeişvili jurnalistlərə açıqlamasında deyib.

“Cəmiyyət çox gözəl anlayır ki, “Milli Hərəkat”ın sədri, təsisçisi, lideri var, o da prezident Saakaşvilidir... Müvafiq olaraq, bu seçkilərdə “Milli Hərəkat”ın, “Qələbə Koalisiyasının” əsas lideri Mixeil Saakaşvili olacaq”, - deyə Xabeişvili vurğulayıb.

Qeyd edək ki, bu ilin oktyabrında ölkədə parlament seçkiləri keçiriləcək. "VMH" və “Aqmaşenebeli Strategiyası” partiyaları artıq qarşıdan gələn seçkilərlə əlaqədar “Qələbə Koalisiyası” formalaşdırıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026