• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycanın güclü olması bizi sevindirir - Tatar

DÜNYA

03 Mart 2024 | 17:00

Azərbaycanın güclü olması bizi sevindirir - Tatar

Şimali Kipr Türk Cümhurriyyəti kommunikasiya texnologiyaları dövründə Azərbaycanla əlaqələrini daha yüksək səviyyəyə çatdırmaq istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Antalya Diplomatik Forumunda (ADF-2024) iştirak edən Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar bildirib.

Onun sözlərinə görə, əlaqələr bütün istiqamətlərdə genişləndirilməli və gücləndirilməlidir:

“Türkiyənin Azərbaycanla olan sarsılmaz birliyi, Qarabağ zəfərindən sonra Azərbaycanın daha güclü olması bizi çox sevindirir. Biz mübariz Azərbaycan xalqını təqdir edirik. Cənab İlham Əliyev də hər zaman türk dünyasına böyük önəm verdiyini deyir. Türk dövlətlərinin bütün sahələrdə əlaqələrini genişləndirməsi gələcəkdə daha güclü olmamızın mesajını verir. Unutmamalıyıq ki, türk xalqları bütün dəyərləri ilə eyni ailənin ayrılmaz hissəsidir”.

Ərsin Tatar iyul ayında Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi zirvə görüşü ilə əlaqədar Azərbaycana səfər edəcəyini də vurğulayıb./report


SON XƏBƏRLƏR

26 Iyul 2024