• Bakı 15° C

    11.57 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

NATO səfirindən Qafqaz ölkələri ilə bağlı AÇIQLAMA

DÜNYA

02 Aprel 2024 | 16:52

NATO səfirindən Qafqaz ölkələri ilə bağlı AÇIQLAMA

NATO-nun Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığı çox dəyərlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlər üçün onlayn brifinqdə ABŞ-ın NATO-dakı səfiri Culianna Smit bildirib.

O xatırladıb ki, NATO-nun Baş katibi Yens Stoltenberq bu yaxınlarda Azərbaycan, Ermənistan və Gürcüstana səfər edib:

“NATO-nun Baş katibi Cənubi Qafqaz ölkələrinin paytaxtlarına səfər edib və bu, bizim tərəfdaşlığımızın dəyərindən xəbər verir. Gürcüstan bizim ən yaxın tərəfdaşlarımızdan biridir. Azərbaycan və Ermənistan da NATO ilə münasibətlərini dərinləşdirir, lakin vurğulamaq lazımdır ki, bütün tərəfdaşlar üzvlüyə can atmır”.

ABŞ-ın NATO-dakı səfiri qeyd edib ki, NATO Gürcüstanın alyansın bir hissəsi olmaq istəyini dəstəkləyir.


SON XƏBƏRLƏR

20 Oktyabr 2025