• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Ankara metrosunu su basdı

DÜNYA

02 May 2024 | 14:16 | Müəllif: Qalib İbrahimoğlu

Ankara metrosunu su basdı

Türkiyədə yağan leysan yağışlar dünən axşam saatlarından etibarən xüsusilə bir neçə vilayətdə təsirini daha da artırıb.

Bakıvaxtı.az-ın yerli mətbuata istinadən məlumatına görə, yağıntı səbəbindən paytaxt Ankarada metro stansiyalarını su basıb. Bu gün səhər saatlarında şəhərdə metro səfərləri təxirə salınıb.

Ankara ilə yanaşı, bir neçə şəhərdə yolları su basıb.

Güclü yağış nəticəsində bəzi vilayətlərdə əkin əraziləri su altında qalıb. Xüsusilə yeni əkilmiş qarğıdalı sahələrinə ciddi ziyan dəydiyi bildirilir. Türkiyənin ən quraq və ən az yağışlı bölgəsi olan Konyanın Karapınar rayonuna bir gündə kvadratmetrə 50 kiloqram yağıntı düşüb.

Ölkə ərazisində yağışlı hava şəraitinin daha bir neçə gün davam edəcəyi proqnozlaşdırılır.

Hidrometeoroloqlar bu gün Türkiyənin 34 vilayətində gözlənilən şiddətli yağışla bağlı əhaliyə xəbərdarlıq ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026