• Bakı 9° C

    11.96 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Lukaşenkunu həbs etməyə çağırdı

DÜNYA

01 Iyun 2024 | 10:28

Lukaşenkunu həbs etməyə çağırdı

“Çoxlarını maraqlandırır ki, Aleksandr Lukaşenko Ulan-Batora niyə gəlir? Biz hamımız bilirik ki, Lukaşenko Belarusda insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Monqolustanın keçmiş prezidenti Tsaxiaqiyn Elbeqdorj sosial şəbəkələrdə yazıb.

“Monqolustan “Roma statutu”nu qəbul edib. Lukaşenkonu Ulan-Batorda həbs gözləyir. Hazır olun. Yaramaz diktator Kremlin layihəsini irəli aparmağa çalışır”, - deyə eks-prezident Lukaşenkonun həbsinə çağırıb.

O, hazırkı hakimiyyəti də tənqid edib: “Monqolustan Baş nazirinin partiyası ölkəni Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüyə doğru sövq etməyə çalışdığı üçün öz qüdrətini qoruyub saxlamaq istəyir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026