Ukrayna ABŞ-nin xəyanətinə görə yaxın 50 ildə yox ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlson ABŞ-nin keçmiş prezidenti kiçik Donald Trampın oğlu ilə "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi söhbət zamanı deyib.
Onun sözlərinə görə, onlar artıq Ukraynadakı torpaqları xarici investorlara satırlar, Ukraynanı üçüncü dünyadan olan miqrantlarla dolduracaqlar və Ukrayna 50 ildən sonra mövcudluğunu dayandıracaq.
Kiçik Tramp əlavə edib ki, o, indiki Amerika administrasiyasının “Ukraynada qələbə” deyərkən nə demək istədiyini başa düşmür.
"Bunun mənası nədi? Biz ukraynalıların və rusların hamısı məhv olana qədər onların ölümündən danışırıq?”
Mina Mikayılova
















