• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Saakaşvilinin partiyasının binasına hücum edildi - VİDEO

DÜNYA

01 Iyun 2024 | 13:54 | Müəllif: Gülşən Şərif

Saakaşvilinin partiyasının binasına hücum edildi - VİDEO

Gürcüstanda ən böyük müxalifət partiyası olan "Vahid Milli Hərəkat"ın Tbilisidəki mərkəzi ofisi şənbə günü gecə hücuma məruz qalıb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, hücumda 100-ə yaxın şəxs iştirak edib. Onlar ofisin divarlarını yazıblar.

"Vandalizm aksiyası saat yarıma yaxın davam edib. Ofis binasının fasadı zərər çəkib, şüşələr sındırılıb", - partiyanın açıqlamasında deyilir.

Daxili İşlər Nazirliyi ofisə hücumla bağlı hər hansı şərh verməyib.

Qeyd edək ki, "Vahid Milli Hərəkat"ın təsisçilərindən biri hazırda həbsdə olan eks-prezident Mixail Saakaşvilidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026