• Bakı 30° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

Polşa daimnümayəndəliyini ləğv etdi

DÜNYA

01 Iyul 2024 | 12:50

Polşa daimi nümayəndəliyini ləğv etdi

Polşa ATƏT yanında daimi nümayəndəliyini ləğv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilib.

“Xarici işlər naziri Radoslav Sikorski Polşa Respublikasının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəliyinin ləğvi barədə qərar qəbul edib”, - deyə məlumatda bildirilir.

Polşa Xarici İşlər Nazirliyi dəqiqləşdirib ki, Polşa Respublikasının ATƏT-dəki keçmiş nümayəndəliyinin vəzifələri avqustun 1-dən etibarən Polşa Respublikasının Birləşmiş Millətlər Təşkilatının Bürosu və beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinə veriləcək .

Qeyd edək ki, Varşava bu qərarın səbəblərini açıqlamayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

02 Iyul 2024