• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Haniyənin özündən əvvəl öldürülən ailə üzvləri

DÜNYA

31 Iyul 2024 | 12:24

Haniyənin özündən əvvəl öldürülən ailə üzvləri

HƏMAS lideri Haniyənin öldürülməsindən əvvəl Qəzzada məskunlaşan ailə üzvləri İsrail tərəfindən hədəfə alınıb və öldürülüb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, iyunda onun ailəsinin 10 üzvü İsrailin Qəzzanın şimalındakı Şati qaçqın düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində həlak olub.

Bildirilib ki,  o zaman Həmas lideri oktyabrın 7-də müharibə başlayandan bəri onun ailə üzvlərindən 60-dan çoxunun öldürüldüyünü deyib.

Həmçinin apreldə onun üç oğlu - Hazem, Əmir və Məhəmməd Qəzzanın Şati düşərgəsində sürdükləri avtomobilin bombalanması nəticəsində həlak olub.

Bundan əlavə, Haniyənin dörd nəvəsi, üç qız və bir oğlan da hücumda həlak olub.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026