"TikTok"da nasizmi təbliğ edən və ya profillərində nasist simvollarından istifadə edərək müxtəlif videolar hazırlayan 200-ə yaxın nasisti dəstəkləyən hesab aşkar edilib.
Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bununla bağlı Böyük Britaniyada yerləşən Strateji Dialoq İnstitutu (ISD) yeni araşdırmasını təqdim edib.
Araşdırmaya görə, Holokostun inkarı, Adolf Hitlerin vəsf edilməsi və "Nasizmin müasir problemlərin həlli" məzmunlu hesablar on milyonlarla insan tərəfindən izlənilir.
"Nasistlər "TikTok"u ideologiyalarını yaymaq üçün əlverişli platforma kimi görürlər. Nasist tərəfdarı qruplar öz videolarında irq və etnik qrupların insanlıqdan kənarlaşdırıcı karikaturalarını yaratmaq üçün generativ süni intellektdən (GenAI) istifadə edirlər. Videolar əskəriyyətində Adolf Hitlerin çıxışlarının süni intellekt tərəfindən yaradılan tərcümələrindən istifadə edilir", - deyə araşdırmada qeyd olunub.
Gülşən Şərif





jpg-1725004626.webp)



jpg-1724999526.webp)





