• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Türkiyədən HƏMAS liderinin öldürülməsinə REAKSİYA

DÜNYA

31 Iyul 2024 | 10:52

Türkiyədən HƏMAS liderinin öldürülməsinə REAKSİYA

“HAMAS lideri İsmayıl Haniyənin öldürülməsi İsrail hökumətinin regionda sülhün əldə edilməsində iştirak etmək niyyətində olmadığını göstərir”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında bildirilib.

    Qeyd olunub ki, sözü gedən sui-qəsd hadisəsi Qəzzadakı müharibənin miqyasını genişləndirərək, regional hərbi qarşıdurmaya çevirmək məqsədi daşıyır.

    Türkiyə XİN eyni zamanda beynəlxalq ictimaiyyəti İsrailin buna istiqamətlənən fəaliyyətinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.

    Nazirlik Türkiyənin bundan sonra da Fələstin xalqının haqlı mübarizəsini dəstəkləyəcəyini açıqlayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR