• Bakı 24° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Haniyə xarici dövlətin ərazisindən atılan raketlə öldürülüb - YENİLƏNİB

DÜNYA

31 Iyul 2024 | 10:39

Haniyə xarici dövlətin ərazisindən atılan raketlə öldürülüb - YENİLƏNİB

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülən zaman Tehranın şimalında veteranlar üçün nəzərdə tutulmuş xüsusi iqamətgahda olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, bina yerli vaxtla saat 02:00-da havadan vurulub.

KİV bildirib ki, raket İrandan deyil, xarici dövlətin ərazisindən atılıb.

***

09:14

“HƏMAS” lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

Belə ki, bu gün səhər saatlarında “HƏMAS” rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı “HƏMAS” bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib.

Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026