• Bakı 30° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

Sui-qəsdə məruz qalan baş nazir vəzifəyə qayıdır

DÜNYA

01 Iyul 2024 | 12:41

Sui-qəsdə məruz qalan baş nazir vəzifəyə qayıdır

Slovakiyanın baş naziri Robert Fiko tezliklə ictimaiyyət qarşısına çıxacaq və tədricən hökumət başçısının vəzifələrini icra etməyə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Robert Kalinak bildirib.

Müdafiə naziri bildirib ki, baş nazir öz vəzifələrini tam şəkildə yerinə yetirə biləcəyi nöqtəyə yaxınlaşır.

Kalinak əlavə edib ki, o aldığı xəsarətlərin təsirini həmişə hiss edəcək.

Qeyd edək ki, Fikoya qarşı sui-qəsd mayın 15-də Slovakiyanın qərbindəki Qandlova şəhərində baş verib. Baş nazir bir neçə güllə yarası alıb və o vaxtdan bəri bir neçə əməliyyat keçirib. Hücum edən 71 yaşlı yazıçı Juraj Cintula həbs edilib. O, siyasi motivlərlə adam öldürməyə cəhddə ittiham olunur.

Günel Abbas

 


SON XƏBƏRLƏR

02 Iyul 2024