• Bakı 30° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

5 min metr dərinlikdə araşdırma - Geoloqlar nə tapdı?

DÜNYA

01 Iyul 2024 | 13:13

5 min metr dərinlikdə araşdırma - Geoloqlar nə tapdı?

Sakit okeanın şimal-qərb bölgəsində Yaponiyaya aid mərcan adası Minami-Torişima sahillərində dəniz dibində 200 milyon tondan çox mineralla zəngin manqan düyünlərinin olduğu bildirilir.

Bakıvaxtı.az xəbər verir ki, Yaponiyada yerləşən qeyri-kommersiya təşkilatı “Nippon Fondu” və Tokio Universiteti tərəfindən aparılan kəşfiyyat işləri gündəmdədir.

Fondun və universitetin resurs-geoloqlarından ibarət qrupun son 3 ayda 5 min metrdən çox dərinlikdə və dəniz dibində 100-dən çox məsafədən idarə olunan maşın vasitəsilə kəşfiyyat işləri yekunlaşıb.

Müvafiq olaraq, 5 min 200 ilə 5 min 700 metr dərinlikdə həyata keçirilən son fəaliyyətdə 10 min kvadrat kilometr sahədə təxminən 230 milyon tondan çox sıx manqan düyünlərinin varlığı təsbit edilib.

Günel Abbas


SON XƏBƏRLƏR

02 Iyul 2024