• Bakı 29° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Siyavuş Novruzov: YAP-ın iclasında yalnız seçki ilə bağlı qərar veriləcək

SİYASƏT

03 Iyul 2024 | 11:04

Siyavuş Novruzov: YAP-ın iclasında yalnız seçki ilə bağlı qərar veriləcək

"Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bugünkü iclasında ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı qərar veriləcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında millət vəkili Siyavuş Novruzov deyib.

    O həmçinin deputatlığa namizədlərin yekun siyahısı ilə bağlı partiyanın qərarını gözlədiklərini söyləyib:

    "İclasda yalnız seçki ilə bağlı qərar veriləcək. Seçki qərargahının yaranması, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin təyin olunması və digər məsələlərə baxılacaq. Namizədlərin siyahısında hər hansı dəyişikliyin olacağına gəlincə, hesab edirəm ki, bu məsələdə yekun fikrə gəlmək üçün partiyanın qərarını gözləmək lazımdır".


    SON XƏBƏRLƏR