• Bakı 11° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Hindistanda daşqınlar: 11 nəfər ölüb

DÜNYA

01 Iyul 2024 | 12:20 | Müəllif: Gülşən Şərif

Hindistanda daşqınlar: 11 nəfər ölüb

Hindistanın paytaxtı Yeni Dehlidə leysan yağışların səbəb olduğu seldə 11 nəfər həyatını itirib.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, güclü yağışlar Hindistanda həyatı iflic edib. 

Paytaxt Yeni Dehli ilə yanaşı, Haridvar və Bikaner şəhərlərində də yağan yağışlar daşqınlara səbəb olub.Nəticədə yeraltı keçidləri, evləri və mağazaları su basıb. Şəhərin bəzi ərazilərində elektrik və su təchizatında fasilələr yaranıb.

Flightradar24 uçuş izləmə platformasının məlumatına görə, son 24 saat ərzində İndira Qandi (Dehli) Beynəlxalq Hava Limanında 60 reys ləğv edilib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026