• Bakı 13° C

    9.73 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Bu halda halda Kiyevə qoşun göndəriləcək - Makron

DÜNYA

02 May 2024 | 16:44

Bu halda halda Kiyevə qoşun göndəriləcək - Makron

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya quru qoşunlarının mümkün göndərilməsi ilə bağlı sözlərindən imtina etmədiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Makron bu barədə “The Economist”ə müsahibəsində danışıb. 

Lakin onun sözlərinə görə, bunun baş verməsi üçün əvvəlcə cəbhə dağılmalı və qoşunların göndərilməsi ilə bağlı müraciət Kiyevin özündən gəlməlidir.

Makron, həmçinin qeyd edib ki, bir çox Avropa ölkəsi hazırda Fransanın məsələ ilə bağlı mövqeyi ilə razıdır.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron fevralın 26-sı Qərb ölkələrinin liderləri ilə görüşün yekunlarına dair danışarkən Ukraynaya təcili dəstək üçün koalisiyanın yaradılmasını elan edib. Koalisiya Ukrayna ordusuna orta və uzaqmənzilli raket və bomba göndərilməsini nəzərdə tutur. Bununla yanaşı, Fransa lideri Qərb ölkələrinin qoşunlarının Ukraynaya göndərilə biləcəyini istisna etməmişdi. Onun bu açıqlaması Avropada birmənalı qarşılanmamışdı. 


SON XƏBƏRLƏR