• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Hakim çempionluğu qeyd etdi, futboldan ömürlük uzaqlaşdırıldı - VİDEO

İDMAN

17 May 2024 | 11:37

Hakim çempionluğu qeyd etdi, futboldan ömürlük uzaqlaşdırıldı - VİDEO

Niderlandın IV divizionunda “St. George” – “SV De Valken” matçının baş hakimi Yan Smitin qərarları müzakirələrə səbəb olub. 

Bakıvaxtı.az xəbər verir ki, referi qonaqların 4 futbolçusuna qırmızı vərəqə göstərib və görüşün sonuna 15 dəqiqə vaxt əlavə edib. 

Artırılmış müddətdə qol vuran “St. George” çempionluğunu elan edib. 

Kubokla bərabər mahnı oxuyan referi sevincini nümayiş etdirib. O, meydan sahiblərinin çempionluq şənliyinə qatılaraq mahnı oxuyub. 

Bu olaydan sonra Niderland Kral Futbol İttifaqı Yan Smiti ömürlük hakimlikdən uzaqlaşdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026