• Bakı 28° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8221

    RUB - 0.0195

İspaniya millisi AVRO-2024-də qələbə ilə başlayıb - YENİLƏNİB

İDMAN

15 Iyun 2024 | 22:00

İspaniya millisi AVRO-2024-də qələbə ilə başlayıb - YENİLƏNİB

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda İspaniya və Xorvatiya yığmaları üz-üzə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Berlin Olimpiya stadionunda baş tutan matçda birincilər 3:0 hesablı qələbəyə sevinib.

"Buğalar"ın heyətində hesabı 29-cu dəqiqədə Alvaro Morata açıb. 3 dəqiqə sonra Fabian Ruiz komandasının üstünlüyünü bir qədər də möhkəmlənidirib. Qarşılaşmada yekun hesabı isə fasilə ərəfəsində fərqlənən Dani Karvahal təyin edib.

Matçın 80-ci dəqiqəsində xorvatlardan Bruno Petkoviç penalti zərbəsindən yararlana bilməyib.

***21:05

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İspaniya və Xorvatiya millilərinin görüşündə ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, fasilədən sonra İspaniya yığması 3:0 hesabı ilə öndədir.

"Buğalar"ın qollarını 29-cu dəqiqədə Alvaro Morata, 32-ci dəqiqədə Fabian Ruiz və ilk hissənin sonlarında Dani Karvahal vurub.

***20:48

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İspaniya və Xorvatiya millilərinin görüşündə komandalar fasiləyə yollanıb.

Bakıvaxtı.az xəbər verir ki, ilk hissədən sonra İspaniya yığması 3:0 hesabı ilə öndədir.

"Buğalar"ın qollarını 29-cu dəqiqədə Alvaro Morata, 32-ci dəqiqədə Fabian Ruiz və ilk hissənin sonlarında Dani Karvahal vurub.

***20:34

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İspaniya və Xorvatiya millilərinin görüşündə növbəti qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, 32-ci dəqiqədə adını tabloya yazdıran Fabian Ruiz ispanların üstünlüyünü bir qədər də möhkəmləndirib - 2:0.

Qarşılaşma davam edir.

***20:30

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İspaniya və Xorvatiya millilərinin görüşündə hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, 29-cu dəqiqədə fərqlənən Alvaro Morata ispanları hesabda önə çıxarıb.

Qarşılaşma davam edir.

***20:01

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda daha bir oyun start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, Berlin Olimpiya stadionunda başlayan görüşdə B qrupunun iki təmsilçisi - İspaniya və Xorvatiya yığmaları üz-üzə gəlir.

Qarşılaşmanı ingiltərəli baş hakim Maykl Oliver idarə edir.


SON XƏBƏRLƏR