• Bakı 24° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.8179

    RUB - 0.0193

Yeni Kaledoniyada etirazlar yenidən başladı

DÜNYA

24 Iyun 2024 | 11:28

Yeni Kaledoniyada etirazlar yenidən başladı

Fransanın dənizaşırı Yeni Kaledoniya ərazisində iyunun 24-də gecə saatlarında etirazçılarla polis arasında toqquşmalar yenidən başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BFMTV kanalı Ali Komissarlığa istinadən məlumat yayıb.

Gərgin vəziyyətin hələ də qaldığı bildirilir.

Qeyd edilib ki, Pen və Mare adaları daxil olmaqla, bütün Yeni Kaledoniyada iğtişaşlar baş verib: “Bu, çoxsaylı əlavə qüvvələrin müdaxiləsini tələb edib”.

Bu gün bir çox məktəb təhlükəsizlik səbəbi ilə bağlanıb.

Xatırladaq ki, Yeni Kaledoniyada iğtişaşlar mayın 13-də başlayıb. Bunun səbəbi Parisin yeni seçicilərə - 10 ildən çoxdur Yeni Kaledoniyada yaşayanlara yerli seçkilərdə səs vermək hüququ vermək qərarı ilə bağlıdır. Yerli əhali bu qərarın əleyhinə çıxıb.


SON XƏBƏRLƏR