ABŞ polisi İsrailin baş naziri Binyamin Netanyahuya qarşı Konqres binasında etiraz edənləri həbs edib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Netanyahunun qanunvericilərə planlaşdırılan müraciətinə etiraz edən 200 nəfər polis tərəfindən saxlanılıb.
"Konqres binası daxilində nümayiş keçirmək qanuna ziddir", - bəyanatda deyilir.
Mina Mikayılova
















