• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Maya Sandu Moldovanın ikinci dəfə prezidenti olmağa iddialıdır

DÜNYA

23 Avqust 2024 | 09:46 | Müəllif: Əli Hüseynov

Maya Sandu Moldovanın ikinci dəfə prezidenti olmağa iddialıdır

Moldovanın hazırkı Prezidenti Maya Sandu ikinci müddətə namizədliyini irəli sürəcəyini rəsmən bəyan edib.

Bu barədə Bakıvaxtı.az “NewsMaker” nəşrinə istinadla xəbər verir.

“Müstəqillik əldə etdikdən sonra biz referendumda ilk dəfə xarici siyasət kursumuzu müəyyən edəcəyik. Əminəm ki, xalqımız sülhü və azadlığı seçir. Həmçinin 2024-cü ildə biz prezident seçəcəyik. Mənim proqramım aydındır: qarşılıqlı anlaşma, daha yaxşı şərait”, - deyə Sandu bildirib.

Nəşr bildirib ki, onun namizədliyini irəli sürdüyü partiya “Hərəkət və Həmrəylik” (PAS) adlanır.

Məlumata görə, indi Maya Sandunun təşəbbüs qrupu Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməlidir. Bundan sonra inzibati ərazi vahidlərinin ən azı yarısında 25 minə yaxın imza toplamaq lazım gələcək. Yalnız bundan sonra MSK Sandunu rəsmi olaraq namizəd kimi qeydə ala biləcək.

Qeyd edək ki, avqustun 1-də Moldovada prezident seçkiləri kampaniyası rəsmən başlayıb. Ölkədə seçkilər oktyabrın 20-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR