• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyanı məğlub etmək istəyənlər tarixə baxsınlar - Şröder

DÜNYA

22 Sentyabr 2024 | 09:10 | Müəllif: Subhan Mahmudov

Rusiyanı məğlub etmək istəyənlər tarixə baxsınlar - Şröder

Rusiya üzərində qələbəyə inanan hər kəsə tarix kitablarına nəzər salmağı məsləhət görürəm.

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Gerhard Şröder deyib.

O qeyd edib ki, nə Napoleon, nə də Hitler Rusiyanı məğlub edə biliblər.

Şröder hesab edir ki, Qərb Ukraynada münaqişənin eskalasiyasının mümkün perspektivini düzgün qiymətləndirmir. O, Rusiyanın hərəkətlərini ciddi səhv adlandırsa da, Qərbin Rusiyanın tarixən əsaslandırılmış təhlükəsizlik maraqlarına əhəmiyyət vermədiyinə diqqət çəkib.

"Məhz biz almanlar, II Dünya müharibəsinin tarixini və Almaniya adına törədilən cinayətləri nəzərə alaraq, diqqətli və konstruktiv hərəkət etməliyik", - keçmiş kansler bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026