• Bakı 26° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.8179

    RUB - 0.0193

Aqşin Zaurun ad gününə bu qədər PUL YAZDIRIB

MƏDƏNİYYƏT-ŞOU

24 Iyun 2024 | 10:56

Aqşin Zaurun ad gününə bu qədər PUL YAZDIRIB

“Ad günümə sənət adamları arasında ən çox pulu Aqşin Fateh yazdırdı”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri teleaparıcı Zaur Nəbioğlu deyib.

O, doğum gününə nəmər yazdıran sənət adamlarından və iş adamı olan dostlarından söz salıb:

“Sənət adamlarından Aqşin Fateh 3000 manat yazdırdı. Mən bunu gözləmirdim. Mən doğruları deyən adamam. Kim nə yazdırıb, onu deyirəm. İş adamlarından da bir dostum 5000 manat yazdırıb, o biri 5001 manat, digəri isə 5002 manat...”

Qeyd edək ki, Zaur Nəbioğlu bir neçə gün öncə özünə təmtəraqlı doğum günü partisi edib. Onun ad günü şənliyində sənət adamlarının bir çoxu iştirak ediblər.

Ziyafət Əlisoy   


SON XƏBƏRLƏR