• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Teatr Xadimləri İttifaqının yeni sədri Hacı İsmayılov kimdir? - DOSYE

MƏDƏNİYYƏT

22 Iyul 2024 | 15:15

Teatr Xadimləri İttifaqının yeni sədri Hacı İsmayılov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının XV konfransı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, konfransda  Xalq artisti Hacı İsmayılov Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilib.

Bakıvaxtı.az yeni sədr Hacı İsmayılovun dosyesini tədqm edir:

Hacı İsmayılov 22 yanvar 1944-cü ildə Bakıda doğulub.

1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppada fəaliyyətə başlayıb. Bu teatrda M. F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyasında dərviş Məstəlişah rolunu ifa edib. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A. Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C. Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H. Cavidin "Xəyyam" faciəsindəki İkinci Qulam rolunu alıb.

Hacı İsmayılov, Xalq artisti

"Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və 22 aprel 1980-ci ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb

.

Hacı İsmayılov Azərbaycan Respublikasının Ulu Öndəri Heydər Əliyev tərəfindən mükafatlandırılır

17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 18 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına layiq görülüb. 21 yanvar 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024