• Bakı 20° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Dövlət qulluğu və peşə qəbul prosesi bu model əsasında keçiriləcək - DİM sədri AÇIQLADI

CƏMİYYƏT

24 Iyun 2024 | 11:02

Dövlət qulluğu və peşə qəbul prosesi bu model əsasında keçiriləcək - DİM sədri AÇIQLADI

“Sentyabr ayında biz yeni mərhələyə başlayacağıq və səriştə modeli əsasında aprobasiya keçirəcəyik”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzi və Dövlət Qulluğu üzrə Astana Regional Xabın birgə təşkilatçılığı ilə Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” mövzusunda keçirilən seminarda jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  deyib.

Onun sözlərinə görə, aprobasiyadan əvvəl modelin aparıcı versiyası beynəlxalq ekspertlərə təqdim olunub və onlarla fikir mübadiləsi keçirilib. 

DİM sədri bildirib ki, bu, çox ciddi bir prosesdir və hazırda bu modelin tətbiqinə başlanılır. 

“2024-cü ildə aprobasiyaya start verilir və 2025-ci ildə müvafiq qanunvericilikdə dəyişikliklər olduqdan sonra dövlət qulluğu və peşə qəbul prosesini bu model əsasında keçirəcəyik”

Mina Mikayılova


SON XƏBƏRLƏR