"Tesla" şirkətinin xalis mənfəəti 45 faiz azalıb.
Bakıvaxtı.az bu barədə "Tesla"ya istinadən xəbər verir.
Bildirilib ki, şirkət bu ilin ikinci rübü üçün balans hesabatını açıqlayıb.
Hesabatda qeyd edilib ki, şirkətin gəliri ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 2 artaraq 25,5 milyard dollara çatıb.
Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 45 faiz azalaraq 1,5 milyard dollara düşüb. Keçən ilin eyni dövründə "Tesla"nın xalis mənfəəti 2,7 milyard dollar olub.
Əli Hüseynov
















