• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Jurnalist və oğlu TƏLƏBƏ OLDU

CƏMİYYƏT

23 Avqust 2024 | 09:14

Jurnalist və oğlu TƏLƏBƏ OLDU

"Ata-bala tələbə olduq".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı "Facebook" sosial şəbəkəsində yazıb.

Belə ki, E.Muradlı ikinci ali təhsil üçün müraciət edərək  Azərbaycan Texniki Universitetinin Logistika və nəqliyyat texnologiyaları fakültəsinə qəbul olunub.

Onun oğlu Turqut Muradlı isə  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter mühəndisliyi fakültəsinin tələbəsi adını qazanıb.

"Bu gün həyatımda çox əlamətdar bir gündür. Böyük oğlum Turqut Muradlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter mühəndisliyi fakültəsinin tələbəsi adını qazandı. Dövlət sifarişli ixtisasa yiyələnib dövlətimizə xidmət edəcək. Çətin və gərgin günlər bəhrəsini verdi. Şükürlər olsun. 

Mən özüm də dinc durmayıb ikinci ali təhsil üçün müraciət etdim. Sınaqdan uğurla keçərək Azərbaycan Texniki Universitetinin Logistika və nəqliyyat texnologiyaları fakültəsinə qəbul oldum. Cənab Prezident İlham Əliyev logistika və nəqliyyat sahəsinə strateji məsələ kimi baxır və bu sahənin inkişafını qarşıya məqsəd qoyub. Mən də düşündüm ki, bu sahədə dövlətimizə və cəmiyyətimizə daha yüksək təhsilli və daha peşəkar biri kimi xidmət etmiş olaram. 

AzTU ilə birlikdə bu sahədə böyük işlər görəcəyimizə ümidvaram…

Övladları ali məktəbə qəbul olan bütün valideynləri təbrik edirəm!"- deyə o, sosial şəbəkədə sevincini izləyiciləri ilə bölüşüb.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026