• Bakı 20° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Tərlan və Şəbnəm üz-üzə: “Məni yola vermə!”

MƏDƏNİYYƏT

24 Iyun 2024 | 10:59

Tərlan və Şəbnəm üz-üzə: “Məni yola vermə!”

Meyxanaçı Tərlan Novxanı və müğənni Şəbnəm Tovuzlu arasında qalmaqal yaşanıb.

Bakıvaxtı.az xəbər verir ki, meyxanaçı bu barədə “Rəngarəng səhər” verilişində danışıb.

Belə ki, o, Şəbnəm Tovuzlu ilə duet fikirlərinin olduğunu, hətta mahnını belə yazdığını, lakin qarşı tərəfdən müsbət cavab ala bilmədiyini bildirib:

“Mahnını yazıb, Şəbnəmə göndərdim. Aranjmanı Şəbnəm etdirməli idi. Sonra mahnını aranjmançıya da göndərdik. Amma xəbər çıxmadı. Bir müddət keçdi, Şəbnəmdən xəbər gəlmədi. Dedi “işlərim çoxdur, çatdıra bilmirəm”. Mən də normal qarşıladım. Amma bundan sonra mən Şəbnəmin başqa müğənnilərlə duetlərini gördüm. Düşündüm ki, mən kiminsə arxasınca gedən adam deyiləm. Neçə dəfə demək olar?”

O, xanım həmkarına sonuncu xəbərdarlığını edib:

“Son zamanlar oxuduğu duet ortaqlarından ən uğurlusu mən olmuşam. Ən çox da tədbirə mənimlə gedib. Mən bunu açıq şəkildə deyirəm. Mən konkret adamam, laqeydliyi sevmirəm. Mən mahnı atıram, söz atıram, dəyərləndirilmir. Onun haqqında pis söz demirəm sadəcə olanları deyirəm. Uman yerdən küsərlər. Mənə konkret de, məni yola vermə!”

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR