• Bakı 20° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

İran və Bəhreyn diplomatik münasibətləri bərpa edir

DÜNYA

24 Iyun 2024 | 15:38

İran və Bəhreyn diplomatik münasibətləri bərpa edir

İran və Bəhreyn 2016-cı ildə kəsilən diplomatik münasibətləri bərpa etmək üçün ikitərəfli danışıqlara başlamaq barədə razılığa gəliblər.

Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə razılıq Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyani ilə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani arasında baş tutan görüşdən sonra əldə olunub.

Bəhreyn diplomatiyasının rəhbəri Asiya Əməkdaşlıq Dialoqu xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Tehrana gəlib.

Qeyd edək ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanı şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla, terrorizm ittihamı ilə 47 nəfəri edam edib. Bundan sonra İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyini və krallığın Məşhəddəki baş konsulluğunu yandırıblar. Bu hadisələrdən sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilib.

Gülşən Şərif


SON XƏBƏRLƏR