• Bakı 24° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.8179

    RUB - 0.0193

Netanyahu: "Biz bütün vəziyyəti dəyişəcəyik"

DÜNYA

24 Iyun 2024 | 11:55

Netanyahu: Biz bütün vəziyyəti dəyişəcəyik

"İsrail Həmas-ı məhv etmək məqsədini tamamlamaq üçün fasilədən sonra mübarizəni davam etdirəcək".

Bakıvaxtı.az "Kanal 14"ə istinadən xəbər verir ki, bunu Livan sərhədindəki vəziyyəti və Qəzzadakı müharibəni şərh edən İsrailin baş naziri Benyamin Netanyahu deyib.

O, Rəfah əməliyyatının bitmək üzrə olduğunu və qoşunların Livanın cənub sərhədinə köçürüləcəyini bildirib:

"Livan sərhədində mövcud vəziyyəti dəyişməyə dəyişməyə hazırlaşırıq. Lakin bununla bağlı planların təfərrüatlarını mətbuata açıqlaya bilməyəcəyəm".

Girov razılaşması çərçivəsində hücumlara son qoyulmasına da toxunan baş nazirin sözlərinə görə, İsrail HƏMAS-ı olduğu yerdə tərk etməyə hazır deyil. 

Gülşən Şərif


SON XƏBƏRLƏR