• Bakı 24° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.8179

    RUB - 0.0193

Elçin Yusubov: Hazırda 3 mindən çox vətəndaş Xankəndidə məskunlaşıb

Gündəm

24 Iyun 2024 | 10:40

Elçin Yusubov: Hazırda 3 mindən çox vətəndaş Xankəndidə məskunlaşıb

Xankəndi şəhərində hazırda əhalini öz yurdlarına qayıtması, regionun inkişafı ilə bağlı işlər görülür.

Bakıvaxtı.az xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndi şəhərində keçirilən “Ətraf Mühitinin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda" Elmi-Praktiki Konfrans zamanı deyib.

    O bildirib ki, Xankəndi və ətraf rayonlara yaxın zamanlarda köç davam edəcək:

    "Hazırda 3 mindən çox vətəndaş Xankəndidə məskunlaşıb. Onlar burada çalışan dövlət müəssisəsinin əməkdaşları və bizneslə bağlı çalışan işçilərdir. Xankəndidə hazırda 43 obyekt fəaliyyət göstərir. Obyektlərdə 322 nəfər hazırda işlə təmin edilib. Yaxın vaxtlarda daha 37 obyektin açılması nəzərdə tutulub. Qarabağ Universitetinin açılmasından sonra burada yaşayış sayının çoxalması və obyektlərin açılması nəzərdə tutulub".


    SON XƏBƏRLƏR