• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Bu il TƏBİB-ə daxil olan müraciətlərin SAYI AÇIQLANDI

CƏMİYYƏT

28 Iyun 2024 | 11:17

Bu il TƏBİB-ə daxil olan müraciətlərin SAYI AÇIQLANDI

“2024-cü ilin 5 ayı ərzində TƏBİB-ə 11 819 müraciət daxil olub”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri TƏBİB-də media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Açıq qapı” günündə TƏBİB-in Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynov deyib.

İ.Hüseynov bildirib ki, onlardan 6 690-ı ərizə, 5 110-u şikayət, 19-u təklifdən ibarət olub.

Onun sözlərinə görə, digər qurumlardan nəzarət qaydasında daxil olan müraciət sayı 658, daxil olan təkrar müraciətlərin sayı 2 202-dir.

“2023-cü ilin eyni dövrü ilə müqayisədə bu il müraciət sayında 17,6% artım qeydə alınıb. 2024-cü ilin 5 ayı ərzində TƏBİB-in inzibati binasında qəbulda iştirak edən vətəndaş sayı isə 1 843 nəfər təşkil edib”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

29 Iyun 2024