• Bakı 12° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayıldı - VİDEO

CƏMİYYƏT

28 Iyul 2024 | 09:53 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayıldı - VİDEO

Çimərlik mövsümü başlayandan uşaqlar arasında halsızlıq, qızdırma, qusma və ishal kimi hallarla müşahidə edilən rotavirusa yoluxma geniş yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı "Xəzər Xəbər"ə danışan həkim Aytən Ziyadovanın sözlərinə görə, rotavirus bağırsaq infeksiyasıdır və bu virusa yoluxma şəxsi gigiyena qaydalarına riayət etmədikdə baş verir.

Rotavirus infeksiyası özünü bir neçə formada biruzə verə bilər. Məsələn, bir neçə gün ərzində qusma, 3-7 gün ərzində ishal, qarında ağrılar, bədən temperaturunun qalxması, kəskin respirator virus infeksiyası simptomları, zəiflik, baş gicəllənməsi bu virusun əlamətidir.

Həkim onu da qeyd edib ki, virusa qarşı istifadə edilə biləcək antibiotik və ya antiviral müalicə yoxdur. Məqsəd su və elektrolit itirilməsinin qarşısını almaqdır. Müalicə simptomların aradan qaldırılmasına əsaslanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026