• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

DİN sürücülərə çağırış edib: sürəti azaldın...

CƏMİYYƏT

27 Avqust 2024 | 09:31 | Müəllif: Əli Hüseynov

DİN sürücülərə çağırış edib: sürəti azaldın...

Təəssüf ki, bəzən yollarda baş verən qəzalar, təkcə sürücü diqqətsizliyi ilə yox, eyni zamanda piyadaların da ehtiyatsız davranışı ilə əlaqədar olur. Ancaq burada əsas məsuliyyət sürücülərin üzərinə düşür. Məktəblər, xəstəxanalar, alış-veriş mərkəzləri kimi yerlərdə, xüsusilə də piyadaların çox olduğu ərazilərdə, sürəti azaltmaq, ehtiyatla hərəkət etmək hər bir sürücünün borcudur.

Bakıvaxtı.az xəbər verir ki, Daxili İşlər Nazirliyi sürücülərin bu kimi yerlərdə hərəkət zamanı müəyyən qaydalara riayət etməsi ilə bağlı çağırış edib.

"Həyat bir səyahətdir, uzatmaq öz əlinizdə! Onlar diqqətsiz olsa belə, siz diqqətli olun. Məktəb, xəstəxana, alış-veriş mərkəzləri kimi piyadaların çox olduğu yerlərdə sürəti azaldın!",- çağırışda deyilir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026