• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Çağrı Mərkəzinə zənglər pulsuz olacaq?

CƏMİYYƏT

28 Iyun 2024 | 12:09

Çağrı Mərkəzinə zənglər pulsuz olacaq?

“Çağrı Mərkəzi özəl və dövlət müəssisəsi olmasından asılı olmayaraq ödənişlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu keçirilən “Açıq Qapı” günündə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova “Çağrı Mərkəzinə zənglər gələcəkdə ödənişsiz olacaqmı” sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, zəng etməyə vəsaiti olmayanlar müraciətlərini yazılı şəkildə birbaşa quruma təqdim edə, poçt ünvanı vasitəsilə göndərə, sosial şəbəkələr üzərindən bildirə bilərlər.

Həmçinin bildirib ki, geridönüş zəngləri də mümkündür ki, müəssisə tərəfindən cavabsız zənglərə yenidən zəng edilməsi təmin olunur.

Z.Ədilova zənglərin indi və ya gələcəkdə ödənişsiz olmasının mümkün olmayacağını bildirərək, əsaslandırıb ki, bu müəssisədən asılı olan məsələ deyil.

Mina Mikayılova


SON XƏBƏRLƏR

29 Iyun 2024