• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Çindən NATO-ya ultimatum: "Səhv yolla getməyə dəyməz"

DÜNYA

28 Iyun 2024 | 12:20

Çindən NATO-ya ultimatum: Səhv yolla getməyə dəyməz

"NATO-dan yalan məlumat, nüvə şantajı və təhdidlər yaymağı dayandırmasını tələb edirik".

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian deyib.

O, NATO-nun nüvə münaqişəsi riskini artırdığını və beynəlxalq ictimaiyyətin buna qarşı çıxacağını bildirib.

"NATO faktlara məhəl qoymur və mövcud olmayan Çin nüvə təhlükəsini şişirdir. Çin qəti şəkildə bu ittihama qarşı çıxır. NATO-dan dezinformasiya, nüvə şantajı və təhdidləri yaymağı dayandırmasını tələb edirik. Yanlış yolda irəliləməyə dəyməz".

Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq Çinin öz nüvə arsenalına aktiv şəkildə sərmayə qoyduğunu bildirib. O, yaxın gələcəkdə NATO-nun Çin və Rusiya ilə nüvə qarşıdurması yaşayacağını iddia edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

29 Iyun 2024