• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Mahmud Abbas bizdən üzr istəməlidir - Ərdoğan

DÜNYA

28 Iyul 2024 | 00:51

Mahmud Abbas bizdən üzr istəməlidir - Ərdoğan

Fələstin Prezidenti Mahmud Abbası parlamentdə çıxış etməyə dəvət etdiyini, lakin o, gəlmədi.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rize şəhərində qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda deyib.

“Kim dedi ki, biz Mahmud Abbası dəvət etməmişik? Onu dəvət etdik, gəlmədi. Baxaq, görək gələ bilərmi? Gələ də bilər, gəlməyə də. Abbas dəvətimizi qəbul etmədiyi üçün ilk olaraq bizdən üzr istəməlidir”, - Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, oktyabrın 7-dən Türkiyə insanlığın vicdanına çevrilib:

“Biz Qəzza və Fələstindəki qardaşlarımız üçün hərəkətə keçməkdən çəkinmədik. Bölgəyə ən çox humanitar yardım göndərən ölkə bizik. Biz bütün dünyaya İsrailin törətdiyi qırğından danışdıq”.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024