• Bakı 7° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qrossi Rusiyaya gəlir

DÜNYA

26 Avqust 2024 | 23:10 | Müəllif: Subhan Mahmudov

Qrossi Rusiyaya gəlir

MAQATE-nin rəhbəri Rafael Qrossi Kursk atom elektrik stansiyasını və onun peyk şəhəri olan Kurçatovu ziyarət etmək üçün Vyanadan Rusiyaya gəlir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov Teleqram kanalında yazıb.

"MAQATE-nin baş direktoru Rafael Qrossi sabah Kursk atom elektrik stansiyasına və onun peyk şəhəri olan Kurçatov şəhərinə səfər edəcək. Bu gün o, Vyanadan Rusiyaya uçur", - o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026