• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

DÜNYA

26 Avqust 2024 | 23:53 | Müəllif: Subhan Mahmudov

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

ABŞ prezidenti Co Baydenin administrasiyası bütün sursatı Ukraynaya göndərdiyi üçün ABŞ ordusunu sursatsız qoyub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp deyib.

"Bizim sursatımız yoxdur, çünki bu uşaqlar onu Ukraynaya veriblər. Onlara çoxlu miqdarda raket, mərmi və hər şey göndəriblər",- deyə o, ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş xüsusi tyinatlı əsgəri Şon Rayanla müsahibəsində deyib.

Tramp həmçinin əlavə edib ki, Qərbin köməyi olmasaydı, Ukrayna ilk həftədə məğlub olardı.

Tramp daha əvvəl seçkidə qalib gələcəyi təqdirdə dərhal Rusiya və Ukrayna liderləri ilə əlaqə saxlayacağını və onları danışıqlara başlamağa çağıracağını demişdi./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026