• Bakı 22° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Qanunsuz miqrasiyanı azaldacağıq - Şolts

DÜNYA

26 Avqust 2024 | 23:27 | Müəllif: Subhan Mahmudov

Qanunsuz miqrasiyanı azaldacağıq - Şolts

Almaniya kansleri Olaf Şolts üç nəfərin öldürüldüyü Solingen şəhərinə səfər edərkən deportasiyaları artıracağını və qanunsuz miqrasiyanı azaldacağını vəd edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. 

"Bu, hamımıza qarşı terror idi. Almaniyada qala bilməyən və buna hüququ olmayanların vətənə qaytarılması və deportasiya edilməsi üçün əlimizdən gələni etməliyik", - o bildirib.

Qeyd edək ki, Almaniyanın Solingen şəhərində (Şimali Reyn-Vestfaliya) naməlum şəxsin şəhər festivalının qonaqlarına bıçaqla hücumu nəticəsində 3 nəfər ölüb. Müstəntiqlər Solingenə hücumun İŞİD üzvü tərəfindən törədildiyini güman edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026