• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Bu bakteriya insanı iki gündə “yeyir”: Virusun ölkəmizdə yayılma təhlükəsi var?

CƏMİYYƏT

28 Iyun 2024 | 12:05

Bu bakteriya insanı iki gündə “yeyir”: Virusun ölkəmizdə yayılma təhlükəsi var?

Bir müddətdir Yaponiyada “ət yeyən” bakteriyaların yayılması ilə bağlı məlumatlar gündəmdir. Bildirilir ki, A qrupu streptokok bakteriyası bir insanı iki gün ərzində yeyə bilər.

Bakıvaxtı.az-ın məlumatına görə, streptokok infeksiyası boğazda şiş və ağrı, ətrafların şişməsi, qızdırma, tənəffüs problemləri və hətta ölüm kimi ciddi ağırlaşmalara səbəb olur. Bununla bağlı mütəxəssislər xəbərdarlıq edərək infeksiyaya yoluxma hallarından şübhələnən şəxsləri dərhal həkim müayinəsi olmağa çağırırlar.

Qeyd edək ki, Yaponiyada səlahiyyətlilər "ət yeyən" bakteriyaların səbəb olduğu streptokok zəhərli şok sindromu (STSS) hallarının sayının indiyə qədər ən yüksək səviyyəyə çatdığı bildirilir.

Bəs bu virusun ölkəmizdə yayılma təhlükəsi var?

Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu bakteriyalar xüsusi toksinlər ifraz edirlər, bu toksinlər də orqanizmi zəhərləyərək, müxtəlif təhlükəli orqan çatışmazlığına qədər gələn vəziyyətə səbəb olur:

“Ümumiyyətlə, streptokok bakteriyaları daha çox yayılıb. Bizim dəri floramızda müxtəlif yaralar olarsa, bu infeksiya oradan qana keçir və xəstəliyə səbəb ola bilər. Bu, qədimdən mövcud olan bir infeksiyadır, ancaq sonradan məlum olub. İnsan yarandığı müddətdən streptokok bakteriyaları da insanlarla bir yerdədir. Burada söhbət ondan gedir ki, bizim immunitetimiz bu bakteriyaları məhv edir və bu bakteriyalar inkişaf etməsinə imkan vermir. Amma daha zəif immun sistemi zəif olan şəxslərdə bu bakteriyalar inkişaf edərək, immun sisteminə qalib gəlir və toksik şok sindromuna səbəb olur”.

M.Əliyev bildirib ki, Yaponiyada bunun yayılmasının səbəbi yaşlı əhalinin sayının həddindən artıq çox olmasıdır:

“Bilirsiniz ki, Yaponiya dünyada yaşlı adamların sayına görə ilk sıralarda olan ölkədir. 90 yaşlı şəxslərin sayı çox olduğundan yaşlılar arasında bu xəstəliyin olma ehtimalı da yüksəkdir. Çünki artıq immun sistemi zəifləyir, nəticədə yaşlılarda infeksiyanın artması müşahidə edilir və asanlıqla toksik şok sindromuna gətirib çıxara bilir”.

Mərdan Əliyev: Bu, insandan insana keçən xəstəlik deyil, ona görə də...

İnfeksionist qeyd edib ki, bu normal immuniteti olan şəxslərdə müşahidə olunan bir xəstəlik deyil:

“Bu, insandan insana keçən bir xəstəlik də deyil. Buna görə də bizdə virusun yayılma ehtimalı yoxdur. Sadəcə Yaponiyada son aylarda bu hal daha çox müşahidə olunub. Ona görə də hərhalda əhalini maarifləndirmək məqsədilə səlahiyyətli şəxslər xəbərdarlıq ediblər”.

Günel Abbas


SON XƏBƏRLƏR

29 Iyun 2024