• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

“İsmayıl Turala “qardaş” desə də, içində qəzəb bəsləyirmiş” - Qətlə yetirilən gəncin dostları HƏR ŞEYİ AÇIQLADILAR

CƏMİYYƏT

28 Iyun 2024 | 09:43

“İsmayıl Turala “qardaş” desə də, içində qəzəb bəsləyirmiş” - Qətlə yetirilən gəncin dostları HƏR ŞEYİ AÇIQLADILAR

Xəbər verdiyimiz kimi, iyunun 26-da Bakının Nərimanov rayonunda silahlı insident baş verib.

Bakıvaxtı.az-ın məlumatına g-örə, Qazax rayon Daş Salahlı kənd sakini, 20 yaşlı İsmayıl Allahverdiyev həmkəndlisi Tural Kosayevi güllələyərək öldürüb.

Tural Kosayevin nəşi dünən dünyaya Daş Salahlı kəndinə aparılaraq torpağa tapşırılıb. Mərasimdə mərhumun ailə üzvləri, dostları, yaxınları iştirak ediblər.

Hadisənin detalları ilə bağlı müxtəlif versiyalar səsləndirilir.

Bakıvaxtı.az-ın Qazaxda olan əməkdaşı mərhumun ən yaxın uşaqlıq dostları ilə söhbətləşib. Dostlarının bildirdiyinə görə, hadisə şahidi kimi təqdim olunan dönərçinin verdiyi məlumat tamamilə yanlışdır. Çünki T.Kosayevin avtomobili olmayıb və o, heç avtomobil idarə edə bilməyib:

“Dönərçi utopiya danışır. Turalın sevdiyi qız Bakı Dövlət Universitetinin Qazax filialında təhsil alır və indi də imtahan ərəfəsidir, Daş Salahlıda imtahanlara hazırlaşır. O qız orada olmayıb, amma dönərçi deyir qız var idi. Tural ora maşınla deyil, metro ilə gedib”.

Dostları bildirir ki, T.Kosayev iyunun 21-də Daş Salahlıya dostunun toyuna gedib, iyunun 24-də isə Bakıya qayıdıb:

“Biz Bakıda çalışırıq. Tural da Bakıda atası ilə birgə bir sexdə işləyir. Bəziləri bildirir ki, bağban işləyir. Bu, doğru məlumat deyil. Hamımız Bakıya eyni gündə gəldik. Bizə bildirdi ki, iyunun 25-də bir nəfərlə görüşməlidir. Hətta görüşə bizi də dəvət etdi ki, çay içib söhbətləşərik. Sonra yol yorğunu olduğunu bildirdi və görüşü ertələdi. Amma bizə xəbər vermədən özü gedib, onunla görüşüb və bu da nəticə”.

Dostları qeyd edir ki, İsmayıl Allahverdiyevlə Tural Kosayev təxminən bir ay öncə mübahisə ediblər:

“Bütün Daş Salahlı bilir ki, o qız Turalı sevirdi. İsmayıl da qızı tez-tez narahat edirmiş. Bunun üstündə mübahisələri düşüb, hətta əlbəyaxa olublar. Tural onu üstələyib. Sonradan münasibətləri yaxınlaşıb. Hətta onların bir-birinə “qardaş” deyərək, yazışmaları da var”.

Dostları söyləyir ki, İsmayı özünü Turala yaxın göstərib, amma içərisində böyük bir qəzəb bəsləyirmiş:

“Onun Turala heç zaman gücü çatmazdı. Tural 1 m 90 sm boyunda, 90 kq çəkidə idmançı idi. Amma olduqca sadə, səmimi tərbiyəli oğlan idi. Əminik ki, Tural o silahı görsəydi, gülləni əli ilə tutardı. Özünü qoruyardı. Çox çevik və ürəkli adam idi. İsmayıl da bunu bildiyi üçün elə onu metrodan çıxan kimi güllələyib. İsmayılın “ya sən öləcəksən, ya da mən deyərək" qışqırması da yalandır. Tural onunla davaya yox, görüşüb çay içməyə gedirmiş. Davaya gedən adam metronun qabağına deyil, adam olmayan yerə gedir. Sadəcə İsmayıl özünü ona yaxın göstərərək, aldadıb və güllələyib”.

Turalın dostları bildirir ki, iddialara görə, İsmayıl Gədəbəydə MAXE işləyir və silahı da oradan gətirib:

“Bu, sadəcə namərd gülləsi idi. Tural onun anasına sataşmayıb, bacısına sataşmayıb. Adam adamı aldadıb, “qardaş”, deyib sonra silah çəkməz”.

Dostları diqqətə çatdırıblar ki, Turalın atasının içki düşkünü olmasına dair iddialar da kökündən yalandır:

“Nəinki Qazaxda, bütöv respublikada əksər adam toylarda araq içir. Turalın atası da toydan-toya içərdi, amma qədərində. Doğrudur, əvvəllər ailələrində problemlər olub. Atası ilə anası müvəqqəti ayrılıb, amma sonradan barışıblar. İndi təzə-təzə çiçəklənirdilər, pul qazanırdılar, irəliləyirdilər, bu balaca xoşbəxtlik də ailəyə çox gəldi. Bir kişinin qapısı bağlandı”.

Dostları vurğulayıblar ki, Turalın kiçik qardaşı da var:

“O da sakit, qanacaqlı adamdı”.

Dostları sonda onu da təəssüflə qeyd ediblər ki, dünən danışdıqları, birgə deyib-güldükləri dostlarını bu gün əlləri ilə məzara qoyublar:

“Hələ də inanana bilmirik”.

Aydın Baxış


SON XƏBƏRLƏR

29 Iyun 2024